AZ

100 min dollar qarşılığında generalı öldürən şəxs kimdir?

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) məlumatına görə, Özbəkistan vətəndaşı general-leytenant İqor Kirillovu qətlə yetirməkdə təqsirli bilinib.

NOCOMMENT.az xəbər verir ki, 29 yaşlı Özbəkistan vətəndaşı Ukrayna xüsusi xidmət orqanlarına işə götürülüb.

“Moskvanın Ryazanski prospektində yaşayış binasının yaxınlığında əldəqayırma partlayıcı qurğunu işə salmış, nəticədə RCBZ qoşunlarının rəisi Kirillov və onun köməkçisi mayor Polikarpov həlak olmuş. Hadisədən sonra iki nəfər saxlanılıb”, – Rusiya FSB-nin bəyanatında deyilir.

Rusiya Federasiyasının İstintaq Komitəsinin məlumatına görə, Ukrayna xüsusi xidmət orqanları general-leytenant İqor Kirillovun öldürüldüyü terror aktını törədənə 100 min dollar ödəyəcəyini vəd edibmiş.

***10:13

Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qüvvələrinin rəisi, general-leytenant İqor Kirillov və onun köməkçisinin qətlində əli olan iki nəfər saxlanılıb.

“Unikal” xəbər verir ki, bu barədə  Rusiya teleqram kanalları məlumat yayıb.

“Şübhəlilərin ötən gün saxlanıldıqları qeyd edilir. Onlar artıq ifadə veriblər və cinayətin təşkilatçıları barədə müstəntiqlərə danışıblar”, – məlumatda qeyd olunub.

Əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Seçilən
26
nocomment.az

1Mənbələr