AZ

Rus generalın qətli: qatilə nə qədər pul vəd edilib?

Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qüvvələrinin rəhbəri İqor Kirillov və onun köməkçisinin qətlində şübhəli bilinən şəxs saxlanılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsindən məlumat verib.

Məlumata görə, general və köməkçisinin qətlində iştirak edən şəxs 1995-ci il təvəllüdlü Özbəkistan vətəndaşıdır.

Şübhəli istintaqa ifadəsində bildirib ki, Ukrayna xüsusi xidmət orqanları ona generalın qətlinə görə 100 min dollar pul mükafatı və Avropa ölkələrinin birində yaşamaq hüququ vədi verib.

“Özbəkistan vətəndaşı Ukrayna tərəfinin tapşırığına əsasən, Moskvaya yollanıb və partlayıcı qurğu əldə edib. Daha sonra qurğunu skuterə yerləşdirib və onu general Kirillovun yaşadığı mənzilin yanına qoyub. Müşahidə aparmaq üçün icarəyə avtomobil götürüb və ora kamera quraşdırıb. General binadan çıxan kimi partlayıcı qurğu işə salınıb”, – İstintaq Komitəsinin rəsmisi İrina Petrenko bildirib.

Rusiya Daxili İşlər Nazirliyinin rəsmisi İrina Vol isə bildirib ki, şübhəli şəxs Balaşixa şəhərinin Çernoe kəndində yaxalanıb.

Qeyd edək ki, dünən səhər Moskvada baş verən partlayış nəticəsində Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının komandanı, general-leytenant İqor Kirillov öldürülüb./axaraz

Seçilən
11
konkret.az

1Mənbələr