AZ

Dünya şöhrətli müğənni plagiatda ittiham olunur  

Musiqi sənayesində səs-küylü qalmaqal yaranıb. Braziliya məhkəməsi dünya şöhrətli britaniyalı müğənni Adelin “Million Years Ago” mahnısını müsadirə etmək və onu dünyanın bütün platformalarından yığışdırmaq məcburiyyətində qoymaq barədə misli görünməmiş qərar qəbul edib. Vətəninfo.az  The Guardian istinadən xəbər verir ki, vəziyyət getdikcə ciddiləşir. Məhkəmə həmçinin Sony və Universal şirkətlərindən bu mahnının hər hansı istifadəsini və yayılmasını dayandırmağı tələb edib. Məsələ burasındadır ki, braziliyalı bəstəkar Toninya Geraeş Adelin qalmaqalına səbəb olan mahnının onun 1996-cı ildə Martinho da Villa üçün yazdığı “Mulheres” bəstəsinin surəti olduğunu iddia edir.

Geraş həmçinin ona dəymiş zərərin əvəzi kimi prodüseri Adeldən və yuxarıda adı çəkilən iki şirkətdən 160 min dollar ələ keçirilməsini tələb edir. Sony və Universal şirkətləri bu məhkəmə qərarından apellyasiya şikayəti verə bilər, lakin məhkəmə qərarı prosedurlara uyğun yerinə yetirilməzsə, şirkətlərə cərimə tətbiq olunacaq.

Seçilən
0
1
veteninfo.az

2Mənbələr