Sakit okeandakı ada ölkələrindən biri olan Vanuatuda dünən baş verən 7,3 bal gücündə zəlzələdə ölənlərin sayı 14-ə yüksəlib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Beynəlxalq Qızıl Xaç rəsmisi Katie Greenwood sosial media hesabından verdiyi açıqlamada zəlzələdən zərər çəkənlər üçün axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.
İlk yardım, sığınacaq, su kimi ehtiyacların olduğunu vurğulayan Qrinvud zəlzələdə ölənlərin sayının 14-ə yüksəldiyini və 200 nəfərin müalicə aldığını bildirib.
Qeyd edək ki, dünən Vanuatuda, paytaxt Port Vila sahillərindən 30 kilometr aralıda, təxminən 57 kilometr dərinlikdə 7,3 bal gücündə zəlzələ baş verib.
Cəmalə