AZ

Sabit xidmətlər əlaqə mərkəzi üzrə təmsilçi- VAKANSİYA

"Azerconnect" MMC, Sabit xidmətlər əlaqə mərkəzi üzrə təmsilçi vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:

Vəzifə öhdəlikləri:

  • Müraciət edən abunəçilərə səmərəli və dəqiq cavab vermək, mümkün həll yollarını izah etmək və müştərinin dəyərli olduğunu hiss etməsini təmin etmək;
  • Kanalda daxil olan bütün müştəri sorğuları ilə işləmək, müştəriləri lazımi qaydada məlumatlandırmaq və bütün müştəri sorğularını üzrə yüksək keyfiyyətli xidmət göstərmək;
  • Müraciətinin səbəblərini və şikayətləri lazımi qaydada qeyd etmək;
  • Rəhbərlik tərəfindən təyin edilmiş KPİ-lara nail olmaq;
  • Abunəçinin müraciətlərini effektiv və vaxtında həllini təmin etmək üçün daxil/çıxan zəngləri idarə etmək;
  • Müştəri ilə müsbət etibarlı münasibət qurmaq və saxlamaq üçün əlavə səy göstərmək;
  • Şirkətin siyasət və prosedurlarına əməl etmək;
  • Rəhbərlik tərəfindən vəzifə ilə bağlı verilən digər tapşırıqları yerinə yetirmək;
  • Həvalə olunan tapşırıqları şirkətdaxili prosedur/siyasət/təlimatlara uyğun həyata keçirmək;
  • Şirkətə aid məlumatların məxfiliyini təmin etmək.

Tələblər:

  • Orta və ya ali təhsil
  • MS Office proqramlarını bilmək
  • Azərbaycan və rus dilləri – əla (mütləqdir); İngilis dili – kafi
  • Müştəri yönümlük & Komandada işləmə bacarığı
  • Çeviklik.

CV-nizi linkə daxil olaraq göndərə bilərsiniz. 

Zemfira Ms
Fins.az

Seçilən
10
fins.az

1Mənbələr