AZ

Ərdoğan Avstriyanın Baş naziri ilə danışıb

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan ilə Avstriyanın Baş naziri Karl  Nehammer arasında telefon danışığı olub. Görüşdə Türkiyə ilə Avstriya arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.

"Cebheinfo.az" xəbər verir ki, Prezident Ərdoğan Suriyanın xalqın öz ölkələrinin gələcəyinə qərar verəcəyi bir dövrə girdiyini və bu prosesdə Suriyada fəaliyyət göstərən bütün terror təşkilatlarının, o cümlədən PKK və İŞİD-in təmizlənilməsinin vacib olduğunu bildirib. 

Prezident Ərdoğan suriyalı qaçqınların təhlükəsiz, ləyaqətli və könüllü şəkildə geri dönüşünün başlandığını və geri dönüşlərin artmasının Suriyada davamlı həyat şəraitinin yaradılmasından asılı olduğunu deyib.

Prezident Ərdoğan Suriyanın yenidən qurulmasında və vətəndaş müharibəsi nəticəsində dağılmış infrastrukturun bərpasında beynəlxalq ictimaiyyətin dəstəyinin vacib olduğunu deyib. Bunun üçün qayıdış və yenidənqurma baxımından hər kəsin məsuliyyət daşıması lazım olduğunu bildirib.

Seçilən
6
1
cebheinfo.az

2Mənbələr