AZ

"İnsanların taleyi ilə oynamayın" - VİDEO

"Qənirə Ataşova diplomsuz həkimlərlə bağlı araşdırmaya başlayanda düşünürdüm ki, bizdə belələri yoxdur. Amma təəssüflər olsun ki, belə hadisələrlə son vaxtlar tez-tez rastlaşırıq".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayevanın həkim həyat yoldaşı Zakir Bayaramov yayımladığı videoda deyib. O, ABŞ-də yaşayan jurnalist Qənirə Ataşovanın həkimlərlə bağlı araşdırmasına dəstək olub. Z.Bayramov bildirib ki, son günlər çox sayda qeyri-peşəkar ginekoloqlarla rastlaşıb:

"Pasient gəlir mama-ginekoloqun yoxlamasında heç nə yoxdur: 5 ildir, 10 ildir sonsuzluq. Lazımsız infeksiyaların, diger şeylərin axtarışında. O qədər hormonlar arasında lazım olan qalır bir tərəfdə. Bu dərəcədə savadsız araşdırmanın aparılması... Hörmətli həkimlər, bu cür qeyri-peşəkar həkimlərlə birlikdə mübarizə aparaq. Bir insan ki, öz sahəsində bəzi şeyləri bilmirsə, bunu bizdən soruşursa ... Biz də birlikdə mübarizə aparaq. Biz gördüklərimiz maksimum səviyyədədir. Belə qeyri-peşəkar həkimləri nəticə yox, başqa şeylər maraqlandırır. Belə həkimlərlə işləmirəm, özümdən uzaqlaşdırıram. Son vaxtlar həkimləri uzaqlaşdırmışamsa, səbəbi budur. Qeyri-peşəkar həkimlərlə işləməyi bacarmıram. İnsanların taleyi ilə oynamayın".

Seçilən
17
3
musavat.com

4Mənbələr