AZ

TƏBİB həkimlərin regionalara cəlb olunması üçün yeni pilot layihəyə start verir - Bu tarixdən

2025-ci ilin yanvarında qərb bölgəsi üzrə cərrahiyə xidmətlərinin daha da inkişaf etdirilməsi ilə bağlı yeni pilot layihəyəyə start veriləcək. Bunu jurnalistlərə açıqlamasında TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov deyib.

"Regionlarda səhiyyənin inkişafı ilə tibb müəssisələrində kadr çatızmazlığı ilə bağlı işlər görülür. Bunlardan ən vacibi isə pilot olaraq qərb bölgəsində bu layihənin icrasına başlayırıq. Burda da əsasən cərrahiyyə xidmətlərin daha da təkmilləşdirilməsi və regionlarda cərrahiyə xidmətlərinin daha da inkişaf etdirilməsidir.  Bu regionalarda yerləşən icra hakimiyyətləri ilə danışıqlar aparılır. Həmin bölgələrə cəlb olunmuş həkimlərin və tibb işçilərnin oradakı sosial rifahının təmin olunması ilə bağlı ciddi addımlar atılacaq. Məqsəd odur ki, regionda olan vətəndaşlarımız tibbi xidməti yaşadığı əraziyə yaxın olan tibb müəssisəsində əldə etsin. Çox güman ki, gələn ilin altı ayında ilkin nəticələri əldə etmiş olacayıq",- Qurbanov bildirib.
 
Gülnar Nazimqızı 

www.anews.az
phrase_var_article.chosen
41
anews.az

1phrase_var_article.sources