AZ

Rəsmi Moskva “Həyat Təhrir əş-Şam”ın terrorçu təşkilatlar siyahısından çıxarılmasının mümkünlüyünə münasibət bildirib

Rəsmi Moskva Suriyada Bəşər Əsəd hakimiyyətini devirən “Həyat Təhrir əş-Şam”ın terrorçu təşkilatlar siyahısından çıxarılmasının mümkünlüyünə münasibət bildirib.

APA-nın Moskva bürosu xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bununla bağlı sualı cavablandırıb.

O bildirib ki, Rusiya “Həyat Təhrir əş-Şam”ın terror təşkilatları siyahısından çıxarılmasının mümkünlüyü ilə bağlı konkret işlərin qiymətləndirilməsindən çıxış edəcək.

“Biz konkret hadisələrin, konkret halların qiymətləndirilməsindən çıxış edəcəyik. Təbii ki, qanunvericiliyimiz və beynəlxalq hüquq normaları əsasında...”, - Rusiya XİN sözçüsü vurğulayıb.

phrase_var_article.chosen
9
2
apa.az

3phrase_var_article.sources