AZ

Əhalinin böyük hissəsi qrip əleyhinə vaksinasiyadan keçib

Oktyabrdan etibarən TƏBİB Səhiyyə Nazirliyi tərəfindən qripə qarşı vaksinlərlə təmin olunub. TƏBİB-ə tabe olan tibb müəssisələrində, tibb mərkəzləri və poliklinikalarda vaksinasiya prosesi artıq başlayıb. Kifayət qədər müraciət var və əhalinin böyük hissəsi artıq vaksinasiyadan keçib.

"Unikal" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov deyib.

"Vaksinasiyadan keçməyən vətəndaşlara müraciət edərək bildirmək istəyirəm ki, qripə qarşı peyvənd vurdurmaq kəskin respirator virus infeksiyalarına yoluxma ehtimalını daha da azaldır. Yoluxma halında belə xəstəlik yüngül şəkildə keçir. Qripə qarşı vaksin vurdurmayanlara peyvənd olunmalarını tövsiyə edirəm", - deyə V.Qurbanov bildirib.

TƏBİB-in icraçı direktoru vaksin ehtiyatının kifayət qədər olduğunu da diqqətə çatdırıb.

phrase_var_article.chosen
23
5
unikal.az

6phrase_var_article.sources