Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov il ərzində nə qədər ordu və birləşmələrin yaradıldığı barədə məlumat verib.
Herbiand.az TASS agentliyinə istinadən xəbər verir ki, Gerasimov 2024-cü ildə Quru Qoşunlarında iki birləşmiş ordu, bir ordu korpusu və 16 birləşmə, eləcə də Moskva və Leninqrad hərbi dairələrinin yaradıldığını bildirib.
Onun sözlərinə görə, bundan əlavə yeni S-500 strateji raketdən müdafiə sistemi olan ilk alayın formalaşması tamamlanmaq üzrədir. Həmçinin, Rusiya Aerokosmik Qüvvələrinin daha bir bölməsi də formalaşdırılıb.
Baş Qərargah rəisi əlavə edib ki, Rusiya Silahlı Qüvvələrinin tərkibində tədricən artım davam edir və ştatın şəxsi heyəti artıq 1,5 milyon hərbçiyə qədər artırılıb.
Ordu generalı, həmçinin Hərbi Dəniz Qüvvələrində çay flotiliyası və iki birləşmənin yaradıldığı barədə də hesabat verib: “Onun tərkibinə 38 gəmi, döyüş katerləri və dəstək gəmiləri, o cümlədən çoxməqsədli nüvə sualtı qayığı və kiçik raket gəmiləri - uzaqmənzilli dəqiq silahların daşıyıcıları daxildir”.
Bəxtiyar CƏFƏRLİ