AZ

Netanyahunun Suriya əmri: Gələn ilin sonuna qədər davam edəcək

İsrailin baş naziri Benyamin Netanyahu Baas rejiminin devrilməsindən sonra Suriyanın Hermon dağındakı bufer zona ilə bağlı əmr verib.

Publika.az xəbər verir ki, bu barədə "Kanal 12" televiziyası məlumat yayımlayıb.

Bildirilib ki, Netanyahu orduya Hermon dağındakı bufer zonada işğalı 2025-ci ilin sonuna qədər davam etdirməyi tapşırıb.

Netanyahu müdafiə naziri İsrael Katz və Baş Qərargah rəisi Herzi Halevi ilə birlikdə sözügedən bölgəyə gedib.

Seçilən
26
publika.az

1Mənbələr