AZ

SON DƏQİQƏ: Fəxrəddin Miralayev VƏFAT ETDİ

Azərbaycanın Əməkdar memarı Fəxrəddin Böyük oğlu Miralayev vəfat edib.

Musavat.com-un məlumatına görə, o, bu gün dünyasını dəyişib. Mərhum Yasamal qəbirstanlığında dəfn olunacaq.

 

Mərhumla vida mərasimi sabah saat 10:30-da Göy Məsciddə baş tutacaq.

Xatırladaq ki, Fəxrəddin Böyük oğlu Miralayev 14 mart 1951-ci ildə Qazax şəhərində anadan olub. 1968-1974 ci illərdə Azərbaycan Politexnik institutunda təhsil alıb. 1975-1982 Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Bərpa idarəsində memar, 1983-1992 "Bərpaçı" Baş idarəsində memar, 1992-2000 Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrin Mühafizəsi və Bərpası Komitəsinin sədri vəzifəsində işləyib. 2001-2002 Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Memarlıq abidələrinin bərpası və mühafizəsi Komitəsinin Baş idarəsinin rəisi vəzifəsinə təyin olunub.

2003-2015 "Azərbərpa" Elmi-Tədqiqat layihə institutunda baş memar vəzifəsində çalışıb. 100-ə yaxın bina layihələrinin müəllifidir.

Opera və Balet Teatrının bərpası, Bibi Heybət məscidi, Buzovnada Cümə məscidi, "ÜNS" teatrı (O. Səttarovla birgə), Fəxri Xiyabanın (R.Əliyevlə birgə) və Şəhidlər Xiyabanının rekonstruksiyası, Gəncədə İmamzadə Dini-memorial kompleksi, Qala kəndində Açıq səma altında Muzey, İçəri Şəhərin qala divarlarının bərpası, İqtisad Universitetinin və ətrafının regenerasiyası, Nəsimi meydanında yeraltı qaraj və mağaza (S.Salamzadə ilə birgə), Zərifə Əliyeva, Fizuli və Heydər Əliyev prospektlərində yerləşən binaların layihəsinin müəllifidir.

Seçilən
20
25
musavat.com

10Mənbələr