Futbol üzrə Azərbaycanın 2-ci Liqasının 13-cü turu çərçivəsində keçirilən "Şəmkir" - "Lerik" oyununda qorxulu anlar yaşanıb.
İdman.biz Mediasport.az-a istinadən xəbər verir ki, Şəmkir Olimpiya İdman Kompleksində keçirlən qarşılaşmada meydan sahiblərinin yarımmüdafiəçisi Ümid Nağdalıyevin qolu sınıb.
Hadisə matçın 40-cı dəqiqəsində qeyd alınıb. Rəqiblə mübarizə zamanı yerə yıxılan 21 yaşlı futbolçu meydandan təcili yardım avtomobili ilə çıxarılıb.
Qeyd edək ki, görüşdə "Şəmkir" 4:1 hesabı ilə qalib gəlib.
İdman.biz