AZ

Ermənistan sülh əvəzinə yeni ərazi istədi – Köçəryandan iddia

Ermənistanın “Mülki müqavilə” fraksiyasından olan deputat Andranik Köçəryan deyib ki, Ermənistan Azərbaycana silah satışının qarşısını almaq üçün hər cür səy göstərməlidir.

“Biz də bir vaxtlar başqa mövqelərdə idik, amma siz başa düşməlisiniz: bizim olan bizimdir,- deyə Köçəryan deyib.

“Bizim olan bizimdir” deyəndə qədim Azərbaycan torpaqları nəzərdə tutulur?

Globalinfo.az-a danışan siyasi şərhçi Abutalıb Səmədov deyib ki, Ermənistan bu gün indiki ərazisini qoruyub saxlamaq barədə düşünür:

“Ermənistanın digər torpaqlara iddia etmək, Qarabağ barədə düşünmək şansı və gücü yoxdur. Ayrı-ayrı şəxslərin verdiyi bəyanatlar anlaşılmazlığı ilə seçilir. Vəziyyətlərinin nə qədər ağır olduğunu bildikləri üçün cəsarətli olduqlarını göstərməyə çalışırlar. Ona görə də belə bəyanatlar verirlər. Bir zamanlar Azərbaycana meydan oxuyan, Şuşanı Qarabağ ermənilərinin paytaxtına çevirmək istəyənlər bu gün reallığı anlayıblar. Avantürist siyasət Ermənistan ərazisinin müəyyən hissəsinin itirilməsinə səbəb olacağını dərk edirlər. Bu da onlarda narahatlıq yaradır. Zorla Azərbaycanın boynuna qoymağa çalışırlar ki, guya bizim Ermənistan ərazilərini işğal etmək niyyətimiz var. Dəfələrlə nəinki Ermənistana, heç bir ölkəyə ərazi iddiamızın olmadığını Prezident İlham Əliyev bəyan edib. Qısa müddətdə yekun sülh müqaviləsinin imzalanmasını istəyirik”.

Abutalib

Abutalıb Səmədov

A.Səmədovun sözlərinə görə, Azərbaycan əlindən gələni etməlidir ki, Ermənistan sürətlə silahlanmaq siyasətindən imtina etsin:

“Azərbaycanla silahlanma yarışına girərsə, bu, hər iki ölkənin iqtisadiyyatına ciddi təsir göstərəcək. Rəsmi Bakı da bunu istəmir. Ölkəmizin hərbi büdcəsi də Ermənistanla müqayisədə 3 dəfə artıqdır. Yəni rəsmi İrəvan bu yarışda da qələbə qazana bilməyəcək”.

Seçilən
17
2
turkustan.az

3Mənbələr