1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Gələn il yanvarın 29-na təyin edilən bələdiyyə seçkisində daha iki siyasi partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb".
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bununla bağlı məsələ Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında müzakirə edilib.
MSK katibi Arifə Muxtarovanın təqdimatına əsasən, Klassik Xalq Cəbhəsi Partiyasının və Azərbaycan Demokratik Maarifçilik Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb.
Hər iki məsələ səsverməyə qoyularaq qəbul edilib.