AZ

YAP Mərkəzi Aparatında müşavirə keçirilib

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar dekabrın 18-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında yerli seçki qərargahları sədrlərinin iştirakı ilə müşavirə keçirilib.

Müşavirədə YAP İdarə Heyətinin 2024-cü il 2 dekabr tarixli qərarı ilə təsdiq edilmiş Tədbirlər Planında əks olunan əsas hərəkət və tədbirlərlə əlaqədar ötən müddət ərzində görülmüş işlər ətrafında müzakirələr aparılıb, onların icra vəziyyətinin təhlili əsasında növbəti dövr üçün konkret vəzifələr müəyyən edilib, müvafiq tapşırıq və tövsiyələr verilib.

phrase_var_article.chosen
19
7
yeniazerbaycan.com

10phrase_var_article.sources