AZ

Avropa Ukraynaya 100 min əsgər göndərməyi müzakirə edir

Avropa ölkələri atəşkəs və ya sülh əldə olunarsa, Ukraynaya hərbi kontingentin göndərilməsini müzakirə edir və bu kontingentin sayı 100 minə çata bilər.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” Avropa və Ukrayna rəsmilərinə istinadən məlumat yayıb.

Mənbələrə görə, kontingentin əsasını Almaniya, Fransa, İtaliya, İngiltərə və Polşa da daxil olmaqla beş-səkkiz ölkədən ibarət koalisiya təşkil edə bilər.

Qeyd olunur ki, heyətin dəqiq sayı missiyanın xarakterindən asılı olacaq və bu, hazırda AB müzakirələrinin diqqət mərkəzindədir.

Bildirilir ki, qoşunların sayı 40 mindən 100 min nəfərə qədər ola bilər. Avropa ölkələri qoşunların atəşkəsə əməl olunmasını təmin edən sülhməramlı kontingent, yoxsa antirusiya xarakterli çəkindirici qüvvə olacağına hələ qərar verməyib. İtaliya hakimiyyəti missiyanın sülhməramlı xarakter daşımasını müdafiə edir, Fransa və Ukrayna isə onun çəkindirici olmasında israrlıdır.

phrase_var_article.chosen
35
2
axar.az

3phrase_var_article.sources