AZ

Azarkeşlərlə vidalaşdı

“Sevilya”nın əfsanəvi futbolçusu Xesus Navas yerli azarkeşlərlə vidalaşıb.

O, futbolçu karyerasında keçirdiyi sonuncu ev oyununda göz yaşlarını saxlaya bilməyib. Navasın şərəfinə “Selta” ilə matçda (1:0) böyük pankartlar açılıb və azarkeşlər onun üçün serenada oxuyublar. İspaniyalı futbolçu 39 yaşında xroniki zədə səbəbindən futboldan gedir. O, dekabrın 21-də “Real”la qarşılaşmada karyerasında sonuncu matçına çıxacaq.

Qeyd edək ki, Navas “Sevilya”da indiyədək 702 oyun keçirib. O, bu klubla 4 dəfə Avropa Liqasının, UEFA Kubokunun və Avropa Superkubokunun qalibi olub. 2013-17-ci illərdə “Mançester Siti”də çıxış edən futbolçu bu komandada 183 oyuna çıxıb və premyer-liqa çempionluğunu da yaşayıb.

İspaniya yığmasında 56 oyun keçirən Xesus 2012-ci ildə dünya, 2024-cü ildə Avropa çempionluğunu qazanıb.

Seçilən
2
4
football-plus.az

10Mənbələr