AZ

Valeri Gerasimovdan Qərb XƏBƏRDARLIĞI

“Qafqazda vəziyyət mürəkkəb olaraq qalır. ABŞ və Avropa İttifaqı kimi qeyri-regional oyunçular onun inkişafına dağıdıcı təsir göstərirlər”.

Musavat.com bildirir ki, bunu Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov xarici dövlətlərin hərbi attaşeləri üçün keçirdiyi brifinqdə deyib.

“Regiondankənar oyunçuların, ilk növbədə ABŞ və Avropa İttifaqının regionda mövqelərini möhkəmləndirmək, Gürcüstanı saxlamaq və Ermənistanı öz təsir orbitinə çəkmək istəyi onun inkişafına dağıdıcı təsir göstərir. Qərb Gürcüstandakı etirazları maliyyələşdirmək və istiqamətləndirmək yolu ilə sabitliyi pozmağa çalışır. Bu cəhdlər Qərbin Ukrayna ssenarisi üzrə ölkəni aktiv anti-Rusiya hərəkətlərinə cəlb etməkdə maraqlı olduğunu göstərir”, - Gerasimov bildirib.

Onun sözlərinə görə, Rusiya bu regionda konstruktiv tədbirlər görür.

Musavat.com

Seçilən
10
46
musavat.com

10Mənbələr