AZ

"Müəllimi bu həddə çatdırmaq olmaz" - ETİRAZ

"Müəllimi"Bu hadisə xoşagələn hal deyil. Burada iki tərəfdən çox valideyn günahkardır. Mən birmənalı olaraq valideyni günahlandırıram".Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Elçin Əfəndiyev Sumqayıt şəhər 38 nömrəli tam orta məktəbdə müəllimin şagirdi stulla vurmasına dair görüntülərdən danışarkən deyib.Onun sözlərinə görə, hazırkı cəmiyyətdə bəzi valideynlər uşaqlarını başlı-başına buraxıb:"Nəzarət etmir, təlim-tərbiyyəsi ilə məşğul deyil, ümumi təhsillə maraqlanmır və s. Nəticədə də belə xoşagəlməz hallar yaranır. Düzdür, birmənalı olaraq deyirik ki, müəllim sinifdə belə hərəkəti etməməlidir. Çünkü qanunlar istiqamətindən biz baxsaq, qəsdən sağlamlığa xəsarət yetirmək göz önünə gəlir".Elçin Əfəndiyev əlavə edib ki, bu qanunvericiliyə əsasən ümumi hüquq pozuntusudur:"Amma müəllim burada təmkin göstərməlidir. Bir də buradan baxaq ki, müəllim həmin andakı həddə necə gəlib çatıb. Bunu da diqqətə almaq lazımdır. Yekun olaraq heç kəs istəməz ki, məktəbdə belə hal yaşansın. Ona görə də valideynlər övladları ilə daimi söhbət aparmalıdırlar. Müəllim təhsil verəndir, tərbiyəverən isə valideyndir. Valideynlər bu məsuliyyəti öz üzərindən atmamalıdırlar".Qeyd edək ki, sosial şəbəkələrdə Sumqayıt şəhər 38 nömrəli tam orta məktəbdə müəllimin şagirdi stulla vurmasına dair görüntülər yayılıb. Böyük müzakirəyə səbəb olan görüntü ictimai qınağa səbəb olub. "Təhsilverənlərin etik davranış qaydaları"nı pozduğuna görə müəllim barəsində intizam tənbehi tədbiri görülüb.

Seçilən
18
1
yenisoz.az

2Mənbələr