Bbakı. Trend:
Bu ilin yanvar-oktyabr aylarında İqtisadiyyat Nazirliyi yanındaAntiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindəntəbii inhisar subyektlərinin fəaliyyətinə nəzarət tədbirləriçərçivəsində 341 istehlakçı müraciəti təmin olunub.
Bu barədə Trend Dövlət Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, onlardan 217-si rabitə, 34-ü qaz təchizatı, 32-sielektrik enerjisi, 26-sı içməli su, 13-ü hava yolu nəqliyyatı, 4-ükanalizasiya, 4-ü dəmiryol nəqliyyatı, 3-ü istilik enerjisi, 2-sisuvarma, 6-sı isə digər sahələrdə olub.
Qeyd olunub ki, ümumilikdə isə təmin olunmuş müraciətlərinsayında ötən ilin müvafiq dövrünə nəzərən 68% artım qeydəalınıb.