AZ

Rusiyanın yuxarı hava məkanında uçuşların sayı 11 ayda 1,4 milyona yüksəlib

Rusiyanın yuxarı hava məkanında (8100 m-dən yuxarı) uçuşların sayı 2024-cü ilin ilk 11 ayında 6,3% artaraq 1,4 milyona çatıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Hava Hərəkətinin İdarə Edilməsi üzrə Dövlət Korporasiyasının (ATM) baş direktoru Andrey Bulin məlumat verib.

Onun sözlərinə görə, bu ilin 11 ayı ərzində ölkənin yuxarı hava məkanında 1,4 milyon təyyarənin uçuşlarının təhlükəsizliyi təmin edilib.

Bu, ötən illə müqayisədə təxminən 6,3% çoxdur.

“Beynəlxalq uçuşların sayı 8,6%, daxili uçuşların sayı 5,2% artıb”, – TASS onun sözlərindən sitat gətirir.

Qeyd edilir ki, tranzit uçuşlar daha çox Avropa, Cənub-Şərqi Asiya və Hindistan yarımadası ölkələrindən həyata keçirilir.

phrase_var_article.chosen
9
1
nocomment.az

2phrase_var_article.sources