Karlo Ançelotti Qitələrarası kuboku qazanan "Real"ın tarixinə düşüb.
İdman.biz xəbər verir ki, o, Madrid klubunda ən çox titul qazanan məşqçi olub.
İtaliyalı mütəxəssis "Real"da 15-ci mükafata sahib çıxıb. Ançelotti Migel Munyosu arxada qoyub.
Qeyd edək ki, madridlirlər final matçında "Paçuka"ya 3:0 hesabı ilə qalib gəliblər.
İdman.biz