AZ

Noyabrda Avrozonada illik inflyasiya artıb, Avropa Mərkəzi Bankının hədəfini keçib

Avropa Statistika İdarəsi (Eurostat) Avro Zonası və Avropa İttifaqının (Aİ) noyabr ayı üzrə yekun inflyasiya məlumatlarını dərc edib.

Məlumatlara görə, Avrozonada oktyabrda 2 faiz olan illik inflyasiya noyabrda 2,2 faizə yüksəlib. Noyabrda İstehlak Qiymətləri İndeksi (CPI) aylıq müqayisədə mənfi 0,3 faiz olub.

Bazar gözləntiləri noyabrda Avrozonada illik inflyasiyanın 2,3 faiz, aylıq inflyasiyanın isə mənfi 0,3 faiz olacağı idi.

Noyabrda Avrozonada baza inflyasiyası illik 2,7 faiz, aylıq mənfi 0,6 faiz səviyyəsində ölçülüb.

Beləliklə, Avrozonada inflyasiya səviyyəsi noyabrda Avropa Mərkəzi Bankının (AMB) 2 faizlik hədəfini keçib.

Avrozonada inflyasiyanın əsas komponentlərinə baxdığımızda illik ən yüksək inflyasiya 1,74% ilə xidmətlər sektorunda olub. Xidmətlər sektorunun ardınca 0,53 faizlə qida, spirt və tütün məmulatları, 0,17 faizlə qeyri-enerji sənayesi məhsulları gəlir. Enerji məhsullarında inflyasiya mənfi 0,19 faiz təşkil edib (deflyasiya0.

Aİ-də oktyabrda 2,3 faiz olan illik inflyasiya noyabrda 2,5 faizə yüksəlib. 

Noyabr ayında illik inflyasiyanın ən yüksək olduğu ölkələr 5,4% ilə Rumıniya, 4,8% ilə Belçika və 4% ilə Xorvatiya olub.

Noyabrda illik inflyasiya Almaniya və İspaniyada 2,4 faiz, Fransada 1,7 faiz, İtaliyada 1,5 faiz səviyyəsində qeydə alınıb.

Seçilən
7
1
marja.az

2Mənbələr