AZ

Fransada “Şido” qasırğası qurbanlarının sayı 30 nəfəri keçib

Fransanın dənizaşırı departamenti olan Mayottada "Şido" qasırğası nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb.

Qaziler.az bildirir ki, bu barədə çərşənbə günü, dekabrın 18-də BFMTV məlumat yayıb.

İlkin rəsmi məlumatlara görə, 1400-dən çox insan xəsarət alıb.

Onlardan 1373 nəfərin yüngül xəsarət aldığı, daha 45 nəfərin təcili yardıma ehtiyacı olduğu bildirilir.

90 ilin ən güclü tropik siklonu olan "Şido" dekabrın 14-də Mayottaya dəyib. Fırtına güclü yağış və 250 km/saata çatan küləklə müşayiət olunub və ən azı 15 min ev işıqsız qalıb. Yerli hakimiyyət orqanları qurbanların ümumi sayının bir neçə minə çata biləcəyindən ehtiyat edirlər.

QAZİLER.AZ

Seçilən
25
qaziler.az

1Mənbələr