AZ

Təmin olunmuş müraciətlərin sayında 68% artım qeydə alınıb - Dövlət Xidməti

Bakı. TurkicWorld:

Bu ilin yanvar-oktyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən təbii inhisar subyektlərinin fəaliyyətinə nəzarət tədbirləri çərçivəsində 341 istehlakçı müraciəti təmin olunub.

Bu barədə TurkicWorld Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, onlardan 217-si rabitə, 34-ü qaz təchizatı, 32-si elektrik enerjisi, 26-sı içməli su, 13-ü hava yolu nəqliyyatı, 4-ü kanalizasiya, 4-ü dəmiryol nəqliyyatı, 3-ü istilik enerjisi, 2-si suvarma, 6-sı isə digər sahələrdə olub.

Qeyd olunub ki, ümumilikdə isə təmin olunmuş müraciətlərin sayında ötən ilin müvafiq dövrünə nəzərən 68% artım qeydə alınıb.

Seçilən
8
3
turkic.world

4Mənbələr