AZ

Suraxanıda yol qəzasında ata və qızı xəsarət aldı

Bakının Suraxanı rayonunda 35 yaşlı kişi və övladı yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıblar.

Yenisabah.az xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1989-cu il təvəllüdlü Əhmədov Davud Əhməd oğlu və yeniyetmə qızı 2011-ci il təvəllüdlü Ə.Z. ağır xəsarətlər alıb.

Yaralılar təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı hər iki yaralıya kəllə-beyin travması və müştərək travma diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır./Report


Telegram kanalımız
Seçilən
17
9
yenisabah.az

10Mənbələr