AZ

ABŞ Federal Ehtiyat Sistemi faiz dərəcəsini illik 4,25-4,5 %-ə endirib

Amerika Birləşmiş Ştatlarının mərkəzi bank funksiyalarını yerinə yetirən Federal Ehtiyat Sistemi (Fed) uçot faiz dərəcəsini 25 baza bəndi azaldaraq illik 4,25-4,5 % aralığına endirib.
 
Bu barədə maliyyə qurumunun Açıq Bazar Əməliyyatları üzrə Federal Komitəsinin (FOMC) iclasının nəticələrinə dair bəyanatında deyilib.
 
“<...> Komitə federal fondlar üzrə hədəf diapazonunu 0,25 faiz bəndi azaldaraq 4,25-4,5 %-ə endirmək qərarına gəlib. Federal fondlar üzrə hədəf diapazonunun əlavə tənzimlənməsinin miqyası və müddətlərini nəzərdən keçirərkən Komitə daxil olan məlumatları, dəyişən perspektivləri və risklərin balansını diqqətlə qiymətləndirəcək”, – açıqlamada qeyd olunub.
 
Quruma görə, iqtisadi fəallıq inamla artmağa davam edir, ilin əvvəlindən əmək bazarındakı şərtlər ümumiyyətlə yaxşılaşıb, işsizlik səviyyəsi isə artsa da, aşağı səviyyədə qalır. İnflyasiya FOMC-nin 2 %-lik hədəf göstəricisinə yaxınlaşıb, lakin bir qədər yüksək olaraq qalır.
 
Qeyd edək ki, uçot faiz dərəcəsinin illik 4,25-4,5 %-ə endirilməsi böyümənin mümkün yavaşlaması fonunda iqtisadiyyatı dəstəkləmək üçün ölkədə maliyyə şərtlərini yumşaltmaq istəyindən xəbər verir. Bu qərar ölkədə biznes və istehlak xərclərini stimullaşdırsa da, gələcəkdə inflyasiyanın güclənməsi risklərini də artırır. Dünya bazarlarında faiz dərəcəsinin azaldılması dolları zəiflədir, ixrac iqtisadiyyatlarını dəstəkləyir, lakin Amerika valyutasında yüksək borcu olan ölkələrin durumunu çətinləşdirir.
 
Seçilən
32
2
moderator.az

8Mənbələr