Bakı. Trend:
Qızıl fyuçerslərinin qiyməti "Comex" birjasında (Nyu-Yorkticarət birjasının bölməsi) noyabrın 18-dən bəri ilk dəfə bir troyaunsiyası üçün 2,6 min dollardan aşağı düşüb.
Trend-inməlumatına görə, bu barədə ticarət platformasından məlumatverilib.
Məlumata əsasən, qızılın qiyməti 2,27 fauz azalaraq 1 unsiyaüçün 2599,6 dollar təşkil edib.