ABŞ Müdafiə Nazirliyi “Northrop Grumman” şirkəti ilə E-130J təyyarəsinin dizaynı və istehsalı üçün təxminən 3,5 milyard dollarlıq müqavilə imzalayıb.
APA xəbər verir ki, E-130J təyyarəsi ABŞ prezidenti, Pentaqon rəhbəri və Mərkəzi Komandanlığı olmaqla ölkənin nüvə üçlüyü arasında əlaqəni təmin edən “Boeing E-6B Mercury” təyyarəsini əvəz etməlidir.
Yeni təyyarənin 2034-cü ilin dekabrında hazır olması nəzərdə tutulur.