AZ

Yol qəzasında ata və yeniyetmə qızı xəsarət alıblar

Bakının Suraxanı rayonunda 35 yaşlı kişi və övladı yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıblar.

AzEdu.az xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1989-cu il təvəllüdlü Əhmədov Davud Əhməd oğlu və yeniyetmə qızı 2011-ci il təvəllüdlü Ə.Z. ağır xəsarətlər alıb.

Yaralılar təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı hər iki yaralıya kəllə-beyin travması və müştərək travma diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
15
11
azedu.az

10Mənbələr