"Formula 1" komandasının rəhbərinə orden və fəxri ad verildi
Böyük Britaniya kralı III Çarlz avtoidmana verdiyi töhfəyə görə Avstriyanın "Red Bull" "Formula-1" komandasının rəhbəri Kristian Horneri Britaniya İmperiyasının III dərəcəli ordeni ilə təltif edib.
Demokrat.az xəbər verir ki, bu barədə championat.com məlumat yayıb.
"Formula 1" komandasının rəhbəri ordenlə yanaşı Britaniya İmperiyasının Komandoru tituluna da layiq görülüb.