AZ

Azərbaycan üzgüçüləri beynəlxalq turnirdə güclərini sınayacaqlar

Bakı. Trend:

Estoniyanın Tartu şəhərində keçiriləcək Açıq Estoniya Qışçempionatında Azərbaycan milli komandası 15 üzgüçü ilə mübarizəyəqatılacaq.

Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətindənTrend-ə verilən məlumata görə,yarışda yığmanın heyətində Ramil Vəlizadə (50, 100, 200 metrməsafəyə “butterfly”, 200 metr məsafəyə qarışıq), Fatimə Alkərəmova(50, 100, 200 metrlər məsafəyə sərbəst üsul, 50 metr məsafəyəbrass, 200 metr məsafəyə qarışıq), Rəşad Alquliyev (50,100 metrməsafəyə arxası üstə, 200 metr məsafəyə qarışıq üsul ) ƏbdürrəhmanRüstəmov (50, 100 metr məsafəyə sərbəst, 50,100 metr məsafəyə“butterfly”), Səid Həmidov (50, 100 metr məsafəyə sərbəst, 200 metrməsafəyə qarışıq, 50 metr məsafəyə “butterfly”), Orxan Əliyev(50,100 metr məsafəyə sərbəst üsul, 50 metr məsafəyə “butterfly”),Timur Beker (50, 100 metr məsafəyə brass, 50, 100 metr məsafəyəsərbəst), Anastasiya Boborıkina (50, 100, 200 metr məsafəyə brass),Oqtay Hüseynov (200 metr məsafəyə “butterfly”, 400 metr məsafəyəqarışıq, 400, 1500 metr məsafəyə sərbəst), Süleyman İsmayılzadə(200, 400 və 1500 metr məsafəyə sərbəst), Vlastelina Xasyanova(50,100 və 200 metr məsafəyə sərbəst), Fərhad Şirməmmədli (50, 100,200 metr məsafəyə sərbəst, 200 metr məsafəyə qarışıq), MehriƏbdürrəhmanlı (50, 100,200 metr məsafəyə “butterfly”, 50 metrməsafəyə sərbəst, 50 metr məsafəyə arxası üstə), Amin Oruclu ( 400,1500 metr məsafəyə sərbəst, 50 metr məsafəyə “butterfly”, 50 metrməsafəyə qarışıq) və Məryəm Cavadova (50, 100 200 metr məsafəyəsərbəst, 50 metr məsafəyə “butterfly”) medal qazanmağaçalışacaqlar.

Qeyd edək ki, Azərbaycan millisi mübarizəyə dekabrın 20-dəbaşlayacaq. Turnirə dekabrın 22-də yekun vurulacaq.

Seçilən
5
4
az.trend.az

6Mənbələr