AZ

Əliyevin fikirləri ermənilərin “KÜRKÜNƏ BİRƏ SALDI”: Beş milyardlıq hərbi büdcə ilə… – FOTO

“Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 17-də “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova verdiyi müsahibəyə Ermənistandan müxtəlif reaksiyalar gəlib. Ermənistan mediasında “Əliyev Makrona meydan oxuyur”, “Əliyev Ermənistanı təhdid edir” başlıqları ilə yayımlanan xəbərlərdə İlham Əliyevin Azərbaycanın hərbi büdcəsinin artımı və hərbi sahədə Ermənistanın Azərbaycanla ayaqlaşa bilməyəcəyi barədə fikirlərinə geniş yer ayrılıb”.

Medianews.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.

Əliyevin fikirləri ermənilərin “KÜRKÜNƏ BİRƏ SALDI”: <span style=color:red>Beş milyardlıq hərbi büdcə ilə... - FOTO

O qeyd edib ki, Azərbaycan Prezidentinin müsahibəsi Ermənistan mediası ilə yanaşı,  siyasətçilərin, vaxtilə hakimiyyətdə vəzifə tutanların da “kürkünə birə salıb”: “Prezident İlham Əliyev müsahibədə onu da bildirib ki, Fransa, Hindistan və ABŞ Ermənistanı sürətlə silahlandırmasaydılar, Azərbaycan 2025-ci ildə hərbi xərcləri 5 milyard dollar civarında artırmazdı. Ermənistan parlamentinin keçmiş vitse-spikeri Eduard Şarmazanov İlham Əliyevin Avropa müşahidə missiyası ilə bağlı tənqidi sözlərinə belə reaksiya verib: “İlham Əliyev NATO-dan şikayət etdiyi halda NATO üzvü Türkiyənin dəstəyi ilə Şuşanı ələ keçirdi. Azərbaycan NATO üzvü Türkiyədən silah ala bilər, Ermənistan qardaş Yunanıstandan silah ala bilməz?” Maraqlı məqam burasıdır ki, Prezident İlham Əliyev müsahibəsində Yunanıstanın adını çəkməyib”.

Əliyevin fikirləri ermənilərin “KÜRKÜNƏ BİRƏ SALDI”: <span style=color:red>Beş milyardlıq hərbi büdcə ilə... - FOTO

Politoloq E.Şahinoğlu vurğulayıb ki, Azərbaycan Prezidenti müsahibəsində Ermənistanı silahlandıran Fransa, Hindistan və ABŞ-nin adını hallandırıb: “Əlbəttə, Şarmazanovun təəbirincə desək, qardaş Yunanıstan hər zaman Ermənistanı dəstəkləyib. Ancaq bu ölkənin elə güclü hərbi-sənaye kompleksi yoxdur ki, qardaşına hərbi texnika göndərsin. Bir də bu erməni siyasətçilər müharibə günlərində olduğu kimi “Azərbaycan tərəfdən Türkiyə və Suriyadan gətirilən silahlılar savaşırdı” nağılını hələ də səsləndirməkdə davam edirlər. Qarabağın tamamı kimi Şuşanı da azərbaycanlı hərbçilərin azad etdiyini qəbul etmək istəmirlər, indiyənə kimi “necə oldu ki, istehkam şəhər olan Şuşanı nəzarətdə saxlaya bilmədik” sualını öz aralarında səsləndirməkdə davam edirlər. Reallığı qəbul etmək istəmirlər”.

Alpər TURAN

Seçilən
11
medianews.az

1Mənbələr