AZ

Tramp ABŞ-in dövlət borcu ilə bağlı tələb irəli sürüb

Amerikanın yeni seçilmiş prezidenti Donald Tramp Demokratlar Partiyasının nümayəndələrindən ABŞ-ın borc tavanını ləğv etməyi və ya onun səviyyəsini artırmağı tələb edib...

Poliqon xəbər verir ki, o, bu barədə Truth sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Demokratlar borc tavanını ləğv edənə və ya əhəmiyyətli dərəcədə artırana qədər, mən mübarizə aparacam. Bu, Radikal Sol Demokratlar tərəfindən qurulmuş çirkin tələdir”, Tramp yazıb.

Qeyd edək ki, noyabrda ABŞ-ın dövlət borcu tarixdə ilk dəfə olaraq 36 trilyon dolları keçib. İddia edilir ki,  bu rəqəm növbəti onillikdə 54 trilyon dollara çatacaq.

Poliqon.info

Seçilən
10
poliqon.info

1Mənbələr