AZ

Bu bölgələrə qar YAĞIR

Ölkə ərazisində dekabrın 19-u saat 9:00-a olan məlumata əsasən yağıntılı hava şəraiti müşahidə edilir, bəzi şərq rayonlarında yağıntılar leysan xarakterlidir.

Modern.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd edilib ki, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 12, Şabran, Quba, Şəki, Zaqatala, Balakəndə 1 mm-dək olub.

Dağlıq ərazilərə qar yağıb, yağan qarın hündürlüyü Xızı rayonunun Altıağac qəsəbəsində 20, Qubanın Qrız kəndində 12, Xaltanda isə 10, Şamaxıda 7, Qusarda 6, Qax(Sarıbaş), Şahbuzda 5, Şahdağ, Qobustanda 4 sm olub.

Bəzi yerlərdə arabir güclü qərb küləyi əsib, Daşkəsəndə 28 m/s, İsmayıllıda 26 m/s, Kəlbəcərdə 23 m/s-ə çatıb. Bu da narıncı xəbərdarlığa uyğundur.

Qobustan, Şəki, Oğuz, Qəbələdə 20 m/s, Mingəçevirdə 19 m/s, Naftalan, Şamaxıda 18 m/s, Tərtərdə 16 m/s-dək güclənib. Bu isə sarı xəbərdarlıqdır.

Neft Daşları Stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 2.6 metrə çatıb.

Sumqayıt, Göyçay, Şamaxı, Qobustan, Qrız, Lerikdə duman müşahidə olunub, görünüş 500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5, Aran rayonlarında 7 dərəcəyədək isti, Naxçıvan MR-da 7, dağlıq rayonlarda 12 dərəcəyədək şaxta qeydə alınıb.

Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitinin dekabrın 19-u axşamadək fasilələrlə davam edəcəyi gözlənilir.

Seçilən
7
37
modern.az

10Mənbələr