AZ

İnformasiya təhdidlərinə qarşı MÜBARİZƏ: Cəmiyyəti, ictimai rəyi kim MANİPULYASİYA EDİR? – FOTO

“Hazırda informasiya cəmiyyətində media subyektlərinin davranışları, media mənsublarının savadlılığı mühüm əhəmiyyət kəsb edir. İnformasiyanın keyfiyyəti həm də ictimai münasibətlərin keyfiyyətini təyin edir. Nəzərə almaq lazımdır ki, medianın bütün digər funksiyaları ilə bərabər, onun hər zaman aktual olan başqa bir funksiyası da var. Bu, maarifləndirmədir. Maarifləndirmə üçün isə maarifləndirmə institutunun özü savadı olmalıdır”.

Bu barədə Medianews.az-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.

O qeyd edib ki, media savadlılığı təkcə intellektual media deyil, eyni zamanda müasir, innovativ texnologiyaların verdiyi bütün imkanlardan səmərəli şəkildə, ictimai faydalı əsaslarda və milli maraqlar əsasında istifadə etməkdir.

İnformasiya təhdidlərinə qarşı MÜBARİZƏ: <span style=color:red>Cəmiyyəti, ictimai rəyi kim MANİPULYASİYA EDİR? - FOTO

Millət vəkilinin sözlərinə görə, yeni texnologiyaların, kommunikasiya vasitələrinin, internet resurslarının fəaliyyətini mənimsəmək, onlarla işləmə vərdişlərini əldə etmək də media savadlılığının digər tərəfidir: “İnformasiya ilə davranış, informasiya alətlərinin istifadə olunması, savadlı kontentin – informasiyanın yaradılması və sair hazırda Medianın İnkişafı Agentliyinin daim diqqət mərkəzindədir. Bugünlərdə media savadlılığı ilə bağlı konfrans da keçirildi. Mən düşünürəm ki, orada da aktual məsələlər doğru qoyulmuşdu. Azərbaycan Prezidenti İlham Əliyev ictimai tərbiyənin mənbəyinin birinci ailə, ikinci ətraf mühit, üçüncü geniş ictimai mühit olduğunu deyib. Fərdin şəxsiyyətə çevrilməsi prosesində sosiologiya da bu prosesi eynən Azərbaycan Prezidentinin izah etdiyi kimi göstərir. Nəticə etibarıilə hər bir fərdin davranış, sosial keyfiyyətləri daha çox ictimai mühitdə formalaşır. İctimai mühitin keyfiyyətini də təyin edən institutlardan biri yenə mediadır. Ona görə də burada bir-birini tamamlayan komplimental davranışlar nəticə etibarıilə cəmiyyətin də, medianın da individual göstəricilərini təyin edir”.

İnformasiya təhdidlərinə qarşı MÜBARİZƏ: <span style=color:red>Cəmiyyəti, ictimai rəyi kim MANİPULYASİYA EDİR? - FOTO

Deputat H.Babaoğlu vurğulayıb ki, indiki mərhələdə, yəni homo sapiensdən homo informatikusa keçdiyimiz dövrdə, informasiya ilə idarə olunan, daha çox informasiya baqajı ilə davranılan mühitdə insanların bu keyfiyyətlərə sahib olması vacibdir: “Bizim informasiya mühitimiz şübhəsiz ki, qlobal informasiya mühitinin daim təzyiqi altında olur. Cəmiyyət, ictimai rəy manipulyasiya edilir. Azərbaycan Prezidenti İlham Əliyevin Milli Məclisdəki çıxışı zamanı qeyd etmişdi ki, Azərbaycanda ictimai rəy üzərində hakim olmağa çalışan qüvvələr var. Bu da milli maraqlarımıza əlbəttə ki, uyğun deyil. Ona görə də media savadlılığı həm də bu cür ideoloji, informasiya təhdidlərinə qarşı mübarizə aparmaq üçün lazımdır. Məsələnin mahiyyəti bundan ibarətdir və hazırda bu, çox aktualdır. Həm də sadəcə bu günün deyil, gələcəyin problemidir. Ona görə də bu məsələ daim diqqətdə saxlanılmalıdır. Çünki uzun illər hələ media savadlılığı problemi öz aktuallığını itirməyəcək”.

Nailə QASIMOVA

Seçilən
10
1
medianews.az

2Mənbələr