AZ

Donnarummanın üzünə 10 tikiş atıldı - Fotolar

Ötən gün baş tutan “Monako” – PSJ arasındakı oyun zamanı xoşagəlməz hal yaşanıb. 

“Qafqazinfo” ESPN-ə istinadən xəbər verir ki, meydan sahiblərinin oyunçusu Wilfried Singo ayağı ilə PSJ-nin qapıçısı Donnarummanın üzünə vurub. 

Ancaq bu epizodda hakim heç bir vərəqə göstərməyib. 

Qolkiper bundan sonra oyuna davam edə bilməyib. Onun üzünə 10 tikiş atılıb. 

Sözügedən hadisə qısa zamanda sosial şəbəkələrdə müzakirələrə səbəb olub. 

Qeyd edək ki, oyun PSJ-nin 4:2 hesablı qələbəsi ilə bitib. 




Seçilən
11
2
qafqazinfo.az

3Mənbələr