AZ

Narkotiklərin 95%-dən çoxu qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilib

Xarici ölkə mənşəli narkotik vasitələrin təxminən 95%-dən çoxu qaçaqmalçılıq və digər qanunsuz yollarla Azərbaycana gətirilib.

Bu barədə Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2024-cü ilin yanvar-noyabr aylarının yekununa dair məlumatda qeyd olunub.

Məlumata görə, müsadirə edilmiş müxtəlif növ narkotik vasitələrin 5 ton 313 kq 809,136 qr-n (82,9 %) marixuana təşkil edib. Onun da 4 ton 638 kq-ı 315,436 qr (87,2%) tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş xarici ölkə mənşəli olub.

675 kq 493,7 qr (12,7%) isə iqlim şəraitinə uyğun olaraq ölkə ərazisində, istixanalarda, zirzəmilərdə, meşə ovalıqlarında və çay yataqlarında qanunsuz kultivasiya edilib.

Cari ilin ötən dövründə 1439,6 hektar sahədən 2 milyon 864 min 953 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilib.

phrase_var_article.chosen
18
7
azpost.info

9phrase_var_article.sources