AZ

Makron artıq Paşinyana müraciət edib, müsbət cavab alıb

NATO-nun 170 minlik hərbi kontingenti Ukraynaya daxil olacaq. Bir neçə min nəfər isə Ermənistandan olacaq.

News365.az xəbər verir ki, bu iddia ilə ukraynalı ekspert Dmitri Qordon çıxış edib.

NATO qoşunlarının Ukraynaya daxil olması prosesini mütləq həyata keçirəcək:

“Necə deyərlər, 40 min yox, 150 min, hətta 170 min hərbçi Ukrayna ərazisinə daxil olub, təmas xəttinə yerləşdiriləcək, ancaq bu, yalnız müqavilə bağlanandan sonra olacaq. Onlar Fransadan olacaq. Bu əməliyyatın təşəbbüskarıdır Prezident Makrondur. Həmçinin Böyük Britaniya, Polşa, Latviya, Litva, Estoniya, Hollandiya, Norveç, Danimarka, İsveç və Finlandiyadan hərbçilər cəlb ediləcək.

Ermənistanın da iştirakı istisna edilmir, çünki prezident Makron artıq Nikol Paşinyana müraciət edib və sonuncu müsbət cavab verib. Mən “dəhşətli sirr”i açıram, Ermənistandan bir neçə min əsgərin gələcəyi istisna edilmir”.

Seçilən
6
news365.az

1Mənbələr