AZ

“Hüquq” ixtisası üzrə təhsil proqramlarında dəyişikliklər aparılmalıdır - Nazir müavini

“Hüquq” ixtisası üzrə təhsil proqramlarında mütləq dəyişikliklər aparılmalıdır”.

AzEdu.az xəbər verir ki, bunu “Gənc hüquq müdafiəçiləri” məhkəmə müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimində elm və təhsil nazirinin müavini İdris İsayev deyib.

O bildirib ki, Azərbaycanın hüquq sistemində ciddi islahatlar həyata keçirilir: yeni məhkəmələr yaradılır, vəkillərin sayı artır, cəzaların tətbiqi təkmilləşdirilir və məhkəmə iclaslarında işlərin aparılması sistemi yenilənir.

“Bütün bu dəyişikliklər hüquq sahəsində mütəxəssislərin daha yüksək səviyyədə hazırlanmasını zəruri edir. Təhsil proqramlarımız “Hüquq” ixtisası üzrə təhsil alan tələbələri bu dəyişikliklərə uyğun şəkildə hazırlamalıdır. Təbii ki, hüquqi maarifləndirmə sahəsində görülən işlər və tətbiq edilən metodlar daha da təkmilləşdirilməlidir”, - deyə nazir müavini əlavə edib.

Seçilən
4
1
azedu.az

2Mənbələr