AZ

FHN rəsmisi: Şadlıq evinin anbarında baş verən yanğın zamanı xəsarət alan yoxdur

Nizami rayonu, M.Əliyev küçəsində yerləşən şadlıq evinin anbar hissəsində baş vermiş yanğın zamanı xəsarət halı ilə bağlı hər hansı fakt qeydə alınmayıb...

Poliqon xəbər verir ki, bunu FHN-in Dövlət Yanğından Mühafizə İctimayyətlə əlaqələr sektorunun rəisi, Əlibala Əlizadə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

"Hazırda kanstruksiyaların sökülmə işləri həyata keçirilir. Yanğının səbəbləri ilə bağlı araşdırma aparılır", - deyə o qeyd edib.

Poliqon.info

Seçilən
13
9
poliqon.info

10Mənbələr