AZ

“Birbank” “Kapital Bank” qədər güclü bir brendə çevrilə bilib

Bildiyiniz kimi 2021-ci ildə tətbiqimizə başdan-başa onlayn kredit və kart sifarişi imkanlarını gətirməklə Birbank-ı ölkənin ilk rəqəmsal bankına çevirdik. Və müştərilərimiz bu yeniliyi çox gözəl qarşıladılar.

Hazırda aylıq 3 milyondan çox aktiv müştərisi ilə Birbank Kapital Bank qədər güclü bir brendə çevrilə bilib. Və bizim gələcək planlarımız daha çox rəqəmsallaşma, müasir texnologiyaların və süni intellektin tətbiqi üzərindədir. Buna görə də biz 2025-ci ilin 1ci rübündən etibarən Kapital Bank brendini Birbank brendinə transformasiya edirik. Bu, Kapital Bank-ın tamamilə yox olacağı mənasına gəlmir.

Siz Kapital Bankı daha çox maliyyə institutu və korporativ brend kimi görəcəksiniz. Bütün məhsul və xidmətlərimizi isə müştərilərimizə Birbank brendi üzərindən təqdim edəcəyik. Biz də, müştərilərimiz də artıq Birbanklı olacağıq.

Sual versəniz ki, bu müştərilərə yanaşmada nəyisə dəyişəcəkmi - bəli müştərilər bu dəyişikliyi daha çox hiss edəcəklər. Birbankı xarektirizə etsək, o daha gənc, daha dinamik, daha operativ, rəqəmsal, yenilikçi markadır. Və bütün bunlar ən sürətli formada müştəri təcrübəsində də öz əksini tapacaq. Müştərilərimiz bütün məhsul və xidmətləri Birbank saytı və tətbiqindən əldə edəcəklər.

Bundan başqa, Kapital Bank filialları da Birbank filiallarına transformasiya olunacaq və bu proses ümumilikdə 2 illik müddəti əhatə edəcək.

Seçilən
13
16
news24.az

10Mənbələr