AZ

Kapital Bank Birbank brendinə transformasiya olunur

Kapital Bank gələn ildən  brendini "Birbank" brendinə transformasiya etmək niyyətindədir.

FED.az xəbər verir ki, bunu bankın 11 aylıq maliyyə göstəriciləri ilə bagli keçirilən mətbuat konfransında İdarə Heyətinin sədri Fərid Hüseynov deyib.

Sədrin sözlərinə görə, hazırda aylıq 3 milyondan çox aktiv müştərisi olduğuna görə "Birbank" Kapital Bank qədər güclü brendə çevrilməyi bacarıb: “Gələcək planlarımız var ki bunlar  daha çox rəqəmsallaşma, müasir texnologiyalarla bağlıdır. Buna görə də, 2025-ci ilin 1-ci rübündən etibarən Kapital Bank brendini Birbank brendinə transformasiya edirik. Bu, Kapital Bank-ın tamamilə yox olacağı mənasına gəlmir. Biz Kapital Bankı daha çox maliyyə institutu və korporativ brend kimi təqdim edəcəyik.   Bütün məhsul və xidmətlər  müştərilərimizə Birbank brendi üzərindən təqdim olunacaq. Müştərilərimiz bütün məhsul və xidmətləri Birbank saytı və tətbiqindən əldə edə biləcəklər. Filiallar "Birbank" filiallarına transformasiya olunacaq ki bu proses 2 ili əhatə edəcək".

Seçilən
13
16
fed.az

10Mənbələr