AZ

Türkiyə yalnız bu halda hərbi əməliyyatdan imtina edə bilər

Suriyanın yeni hakimiyyəti kürdlərin məskunlaşdığı ərazilər də daxil olmaqla, bütün ərazisinə tam nəzarəti bərqərar edərsə, Türkiyə qanunsuz Kürdüstan Fəhlə Partiyası (PKK) ilə əlaqəli Kürd Xalq Müdafiə Qüvvələrinə (SDQ) qarşı hərbi əməliyyat keçirməkdən imtina edə bilər.

Editor.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib. O əlavə edib ki, Ankaranın miqrasiya və terrorizmin yaratdığı təhdidləri aradan qaldırarkən Suriyada hərbi mövcudluğunu saxlamaq üçün heç bir əsası olmayacaq. Cənab Fidan vurğulayıb ki, PKK-nın Suriyadakı fəaliyyətinin genişlənməsi Türkiyə üçün ciddi təhlükədir. Bu, Dəməşqdə yeni hakimiyyət orqanlarının yaxından diqqət mərkəzində olmalıdır, Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri bildirib. “Düşünürəm ki, indi bu, ilk növbədə onları narahat edir.

Ona görə də inanıram ki, bu məsələ ilə düzgün məşğul olsalar, o zaman bizim qarışmağa əsasımız qalmayacaq”, – deyə Hakan Fidan bildirib.

Xatırladaq ki, dekabrın 8-də Suriyada “Həyat Təhrir əl-Şam” qruplaşması hakimiyyətə gəlib. Prezident Bəşər Əsəd istefa verərək Rusiyaya getdi və oradan siyasi sığınacaq alıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
4
1
editor.az

2Mənbələr