AZ

Azərbaycanda bütün şagirdlərin psixosematik testdən keçməsi təklif olunub

"Dövlət İmtahan Mərkəzinin saytında keçid var və müraciət edənlərə psixometrik testlərlə hansı sahədə özünü inkişaf etdirəcəyini müəyyənləşdirib, məsləhətlər, yönləndirmələr veririk".

APA xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyi tərəfindən kecirilən Azərbaycan Karyera İnkişaf Forumunda panel müzakirələri DİM sədri Məleykə Abbaszadə deyib.


"Biz hələ ki, bu testləri 14-15 yaşlı uşaqlar üçün individual qaydada keçiririk. Amma bu gün DİM-də məktəb direktorları ilə görüş var. Biz təklif edəcəyik ki, direktorlar bizə müraciət etsin, bütün şagirdlərin bu testlərdən keçirilməsini təmin edək".

Məleykə Abbaszadə qeyd edib ki, bu, tam elmi əsasları olan alətdir, bu testlər yerli mütəxəssislər tərəfindən hazırlanıb.

"Geniş auditoriyada tətbiqi və internet üzərindən keçirilməsi üçün də işlər aparırıq", - deyə o vurğulayıb.

Məleykə Abbaszadə deyib ki, bu testlər gənclərin kor-koranə ixtisas seçimi etməsinin qarşısını alacaq.

Seçilən
13
24
apa.az

10Mənbələr