AZ

Bu gün “Azercell Telekom”un məhkəməsidir… Nə qədər cərimələnəcək?

Bu gün Yasamal rayon Məhkəməsində “Azercell Telekom”la bağlı qaldırılmış işə baxılacaq.

Tribunainfo.az xəbər verir ki, “Azercell Telekom”un İnzibati Xətalar Məcəlləsinin gömrük qaydaları əleyhinə olan 485.2-ci maddəsini pozduğu məlum olub. Tələbi pozulan maddəyə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
“Azercell Telekom”la bağlı işə bu gün saat 16:15-də baxılacaq. İş hakim Rəşad Cavadzadənin icraatındadır.
Qarşı tərəfi dinləməyə hazırıq.
Seçilən
5
1
yenilik.az

2Mənbələr