AZ

Dollar rekord həddə BAHALAŞDI - SON MƏZƏNNƏ

Beynəlxalq birjalarda ABŞ dollarının məzənnəsində yeni rekord qeydə alınıb.

 

”Bakuinfo” sfera.az-a istinadən xəbər verir ki, aparıcı valyutalara qarşı ABŞ dollarının ortaq məzənnə dəyərini ifadə edən Dollar İndeksi bu gün 107,8səviyyəsinə qədər yüksəlib. Sonuncu dəfə indeks belə yüksək həddə 2022-ci ilin noyabrında çatmışdı.

 

Dolların bahalaşması dinamikası 2024-cü ilin sentyabrın sonundan müşahidə edilir. Həmin dövrdə indeks 99,9 həddində idi. Təxminən 3 ay ərzində indeks 8 vahid yüksəlib.

 

Dolların bahalaşmasının əsas səbəbi ABŞ-də iqtisadi göstəricilərin yaxşılaşması, Avropa İttifaqında inflyasiyanın güclənməsi, bəzi makroiqtisadi göstəricilərin zəifləməsi ilə izah olunur.

 

Avronun ucuzlaşması nəticə etibarilə dolların bahalaşmasına təkan verir. Sentyabrın sonunda bir avro 1,11 dollardan baha olduğu halda, hazırda 1,039 dollardır. Avro ilə dollar arasındakı məzənnənin kəskin dəyişməsində ABŞ-nin iqtisadi göstəricilərinin yaxşılaşması, Avropada isə iqtisadi vəziyyətin pisləşməsinin təsiri var.

 

Analitiklərin fikrincə, Avropada iqtisadi göstəricilər ABŞ-də olduğu kimi müsbətyönlü olmasa, o halda avronun dollara qarşı məzənnəsi 1 həddinə qədər düşəcək.

Seçilən
4
7
bakuinfo.net

8Mənbələr