AZ

Şagirdlərin zəhərlənməsinin detalları açıqlandı -

Xəbər verdiyimiz kimi, Tovuz rayonunun Aşağı Quşçu kənd 1 nömrəli tam orta məktəbində kütləvi zəhərlənmə olub.Metbuat.az xəbər verir ki, məktəbinin iki sinfində pelet sobasının tıxanması tüstülünməyə səbəb olub. Bu barədə Qazax-Tovuz Regional Təhsil İdarəsinin yaydığı məlumatda deyilir.Bildirilib ki, məktəbdə əvvəlcədən yanğın təhlükəsizliyi ilə bağlı görülmüş tədbirlər sayəsində hadisənin yayılmasının qarşısı alınıb, şagirdlər və müəllimlər təxliyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyrə ediliblər.

"Tovuz rayonu üzrə təhsil sektorunun əməkdaşları hadisə yerindədir. Tüstülənmə nəticəsində 20-nəfərə yaxın şagird özünü pis hiss edib və təcili-tibbi yardıma müraciət edilib. Onların səhhəti diqqət mərkəzində saxlanılır. Hazırda aidiyyəti qurum tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır. Tədris prosesinin fasiləsizliyini təmin etmək üçün zəruri tədbirlər görülür", - deyə məlumatda qeyd edilib.

Seçilən
40
1
metbuat.az

10Mənbələr